Çin: Ukrayna ilə bağlı ədalətli mövqedən çıxış edəcəyik!

Çin: Ukrayna ilə bağlı ədalətli mövqedən çıxış edəcəyik!

Çin Ukrayna ilə bağlı obyektiv və ədalətli mövqedən çıxış edəcək.

AzerTimes xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Balidə keçirilən G20 sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

XİN rəhbəri qeyd edib ki, Çin Rusiyanın Qara dəniz üzərindən taxıl daşınmasına dair razılaşmaya qayıtmasına sevinir.

“Rusiyanın nüvə müharibəsinin mümkünsüzlüyü ilə bağlı mövqeyi rasional və məsuliyyətlidir”, – Van Yi əlavə edib.

Teqlər: