Çin Xalq Respublikasının Dövlət Kosmik İdarəsi “Tyanven-1” kosmik zondunun orbital modulu tərəfindən çəkilən Marsın bir sıra şəkillərini yayımlayıb.
AzerTimes-ın məlumatına görə, modul Yerdən 3,5 milyon km məsafədə olmaqla Mars orbitində 526 gün işləyir. Fotonun ötürülməsi təxminən 19,5 dəqiqə çəkib.
Qeyd edək ki, zond 23 iyul 2020-ci ildə Vençan kosmodromundan (Haynan əyaləti, Cənubi Çin) CZ-5 (“Çançjen-5”) ağır raket-daşıyıcısı ilə buraxılıb.