Çin ordusuna məxsus 20-dən çox təyyarə iyunun 11-i səhər saatlarında Tayvanın hava məkanına yaxınlaşıb.
AzerTimes xəbər verir ki, Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün saat 14:00-da (Bakı vaxtı ilə 10:00) Çinin 24 ədəd J-10, J-11, J-16, Su-30 qırıcısı və H-6 strateji bombardmançısı Tayvan hava məkanı yaxınlığında aşkarlanıb. Təyyarələrdən 10-u Tayvan boğazının orta xəttini keçə bilib. Bundan əlavə ada ətrafında Çinin 4 hərbi gəmisi də peyda olub”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Çinə cavab olaraq Tayvan tərəfi qırıcıları, gəmiləri, eləcə də yerüstü zenit-raket komplekslərini hərəkətə gətirib.