Çin texnonəhənglərə qarşı ultimatum irəli sürüb

Çin Honkonq birjasına daxil olmaq istəyən texnoloji şirkətlərdən kiberhücuma dayanıqlıq testindən keçmələrini tələb edəcək.

AzerTimes-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, belə bir ultimatum texnologiya nəhənglərinin topladığı məlumatlara nəzarətin gücləndirilməsi ilə bağlı irəli sürülüb.

IPO-dan (ilkin ictimai təklif – red.) öncə şirkətlər Çinin Kibertəhlükəsizlik Təşkilatından icazə almalıdırlar. Yeni qaydalar bununlar bağlı qanunvericiliyin genişləndirilməsi (internetdə məlumatların təhlükəsizliyi və məxfiliyinə dair tələblər əlavə edilib – red.) ilə əlaqədardır.

Hökumət özəl şirkətlərin qəbul edilmiş kibertəhlükəsizlik tədbirlərinə əməl etməsinə nəzarət etməyi planlaşdırır.


Məlumatlar toplayan və milli təhlükəsizliklə əlaqəli olan Çinin internet-şirkətləri də birləşmələr, ayrılmalar və yenidən strukturlaşmadan əvvəl hökumətdən icazə almalıdırlar. Tənzimləyici orqanların təsdiqi olmadan texnologiya nəhəngləri xaricdə mənzil-qərargah yarada bilməyəcəklər.

İtifadəçilərin məxfiliyini və məlumat təhlükəsizliyini qorumaq niyyətini Çinin Milli Bankı 2021-ci ilin oktyabr ayının əvvəlində açıqlayıb. Tənzimləyicinin sədri Yi Qan ölkənin maliyyə texnologiyaları sektorundan olan şirkətlərə qarşı yeni tədbirlər tətbiq etməyə davam edəcəyinə söz verib.

Teqlər: