Çin Tayvanı belə blokadaya alır – Leonkov

Çin Tayvanı belə blokadaya alır – Leonkov

Pekinin növbəti addımı irimiqyaslı təlimlər adı altında Tayvanın dəniz və hava ərazisini tamamilə blokadaya almaq ola bilər. Bunun üçün Çin tam hərbi potensiala malikdir.

AzerTimes xəbər verir ki, bu sözləri hərbi ekspert Aleksey Leonkov deyib.

“Çin Tayvan ətrafındakı bütün dəniz məkanını təlimlər müddətində bağlaya bilər. Bundan sonra heç bir gəmi, xüsusilə də mülki gəmilər adanın limanlarına daxil ola bilməyəcək. Çinin adanın hava ərazisini blokadaya almaq üçün qüvvə və vasitələri, o cümlədən təyyarədaşıyanları var”, – Leonkov bildirib.

Ekspertin sözlərinə görə, adanın ətrafında uçuşa qadağa zonası da təşkil oluna bilər. Bundan sonra Pekin Vaşinqtonun qeyri-dost münasibətinə diqqət çəkərək bu addıma təhrik olunduğunu bildirəcək.

Qeyd edək ki, Çin 3-5 avqustda adanın ətrafındakı 6 ərazidə genişmiqyaslı təlim keçirəcəyini elan edib.

Teqlər: