Çin lideri Si Szinpin Qara dəniz taxıl sazişini və “Ukraynadan taxıl” proqramını dəstəkləyib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Çinin naviqasiya və ticarət azadlığına bizimlə eyni baxışa sahib olması çox vacibdir. Mən cənab Si Szinpinə dəniz vasitəsilə ərzaq ixracını bərpa etmək səylərimiz haqqında məlumat verdim. Qara Dəniz Taxıl Təşəbbüsümüzə, eləcə də onun genişləndirilməsinə, humanitar səylərimizə, xüsusən də “Ukraynadan taxıl” proqramına dəstək sözləri eşitdim”, – deyə dövlət başçısı bildirib.