Çinin ev heyvanları üçün qida istehsalı üzrə “Dabeinong Technology Group” şirkəti işçilərinə üçüncü uşaqlarının dünyaya gəlməsi üçün 14 min dollar müavinət ödəməyə qərar verib.
AzerTimes-ın məlumatına görə, bu barədə “İtsay qlobal” informasiya resursu bildirib.
Şirkət işçilərinə birinci uşağın doğulması üçün 4,7 min dollar, ikinci uşağın doğulmasına görə 9,4 min dollar, üçüncü uşağın doğulmasına görə isə 14 min dollar ödəyəcək. Yanvarın 1-dən müavinətlər verilməyə başlayıb.
Şirkət, həmçinin qanunla müəyyən edilmiş üç aylıq analıq məzuniyyətindən artıq uşağa baxmağa görə əlavə məzuniyyəti təklif edir.
Vurğulanıb ki, şirkət rəhbərliyinin bu qərarı Çin hakimiyyətinin ölkədə doğum səviyyəsini stimullaşdırmaq səyləri ilə bağlıdır.