ABŞ Çin səfirini Tayvana qarşı eskalasiyanı pisləmək və ABŞ-ın regionda böhran istəmədiyini bir daha təsdiqləmək üçün Ağ Evə çağırıb.
AzerTimes xəbər verir ki, bu barə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
“Çinin bir gecədə etdiyi hərəkətlərdən sonra biz Çinin təxribatçı hərəkətlərini ifşa etmək üçün səfir Qin Qanqı Ağ Evə çağırdıq”, – Ağ Evin sözçüsü Con Kirbi deyib.