Çin ordusunun günorta saatlarında atdığı xeyli sayda “Donfeng” idarə olunan raketi adanın şimal-şərq və cənub-qərbinə düşüb.
AzerTimes xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
“Tayvan silahlı qüvvələri monitorinq və kəşfiyyat vasitələri ilə vəziyyəti aşkar edib və müdafiə sistemlərini işə salıb”, – məlumatda bildirilir.
Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığı günorta saatlarında Tayvan boğazının şərqində bəzi bölgələrə raketlər atıldığını və hədəflərin uğurla vurulduğunu açıqlamışdı.