Çin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətində Azərbaycanı dəstəkləyir

Xəbər - Elçin Mehdiyev – Trend:

Çin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin gələcək
fəaliyyətində Azərbaycanı dəstəkləyir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Çin Xalq Respublikası Ümumçin Xalq
Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun Milli
Məclisin sədri Sahibə Qafarovanın adına ünvanladığı təbrik
məktubunda deyilir.

Məktubda Çin parlamentinin sədri ötən il noyabrın 28-də
İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Qoşulmama
Hərəkatının Parlament Şəbəkəsinin təsis iclası barədə öz
fikirlərini açıqlayıb. O, tədbirin müvəffəqiyyətlə keçirildiyini və
uğurlu nəticələr əldə edildiyini bildirib. Azərbaycan
Respublikasının Milli Məclisi və onun sədri Sahibə Qafarovanın
Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında
əməkdaşlığın genişləndirilməsində səylərini yüksək
qiymətləndirib.

Li Canşu ölkəsinin yeni yaradılmış quruma üzv ölkələrin
parlamentləri ilə də sıx münasibətlər qurmağa hazır olduğunu deyib.
O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində dünyada
multilateralizmin inkişafı və sülhün bərqərar olması üçün üzv
ölkələrin birgə səylərinin vacibliyini vurğulayıb.

Teqlər: