Çin yəqin ki, Tayvana qarşı hücuma keçməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bunu Tayvan xarici işlər naziri Cozef Vu bildirib.
“Hərbi təlimlərə və həmçinin onların ritorikasına baxın, deyəsən Tayvana qarşı müharibəyə hazırlaşırlar. Tayvan hökuməti Çin hərbi təhdidini qəbul etmir və biz bunu pisləyirik”, – nazir deyib.
O bildirib ki, Çin 2025-ci il, 2027-ci ildə və ya daha sonra müharibəyə başlamaq planları barədə artıq qərar verib, Tayvan buna hazırlaşmalıdır.