Çin Paris-2024-dən idmançılarını geri çağırdı

Çin Paris-2024-dən idmançılarını geri çağırdı

Açılış mərasimi ilə bağlı qalmaqaldan sonra Çin hakimiyyəti Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək məqsədi ilə Fransaya gedən idmançılarını rəsmən geri çağırıb.

AzerTimes xəbər verir ki, bununla bağlı Çin Xarici İşlər Nazirliyinin bəyanat yaydığı bildirilir.

Qeyd olunub ki, Çin dövləti və ölkənin bayrağı alçaqlığı təbliğ edən tədbirlərdə təmsil oluna bilməz.

Pekin millinin bütün turnir cədvəllərindən və reytinqlərindən çıxarılmasını tələb edib. İlkin məlumata görə, 422 idmançıdan yalnız 57 nəfər Parisdə mübarizə aparacaq.

Çin idmançıları yalnız fərdi halda yarışlarda iştirak edə biləcək.

Qeyd edək ki, Pekinin bu qərarı Çin komandasının ilk Olimpiya qızılını qazanmasından qısa müddət sonra elan edilib. Xarici işlər naziri Vanq Yi brifinqdə 23-cü Yay Olimpiya Oyunlarının açılış mərasimini bir zamanlar qüdrətli sivilizasiyanın son tənəzzülünün sübutu adlandırıb.

Teqlər: