Çin ordusu son beş ildə daha aqressiv və təhlükəli olub.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Millli deyib.
Onun sözlərinə görə, göstərilən vaxt ərzində ABŞ və digər tərəfdaşlar tərəfindən Sakit okean regionunda Çinə məxsus təyyarə və gəmilərin sayının xeyli artırıldığı müəyyən edilib:
“Təhlükəli hadisələrin sayı da eyni nisbətdə artıb. Çinin havada və dənizdəki hərbi qüvvələri bu bölgədə xeyli aktivləşib və nəzərəçarpacaq dərəcədə aqressivləşib”.