Çin nümayəndəsi Ukrayna ilə bağlı münaqişənin bütün iştirakçılarını təmkinli olmağa çağırıb

Çin Ukrayna ətrafında vəziyyətdə olan bütün tərəfləri təmkinli
olmağa və gərginliyə səbəb olan addımlar atmamağa, həmçinin dialoq
və məsləhətləşmələri davam etdirməyə çağırır.

Trend TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq
Respublikasının BMT-dəki daimi nümayəndəsi Zhang Jun Ukraynadakı
vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında bildirib
bildirib.

“Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Zhang Jun.
Biz bütün maraqlı tərəfləri bərabərlik və qarşılıqlı hörmət
əsasında hamının narahatlığını nəzərə almaq üçün dialoq və
məsləhətləşmələri davam etdirməyə və ağlabatan həll yolu tapmağa
çağırırıq”, – diplomat əlavə edib.

Teqlər: