Çin xarici işlər naziri Vanq Yi Quançjouda açıq şəkildə bildirdi ki, ölkəsi Ukrayna böhranının müvəqqəti deyil, davamlı və strateji həlli üçün çalışır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib.
Kuleba qeyd edib ki, danışıqlarda birinci və ən vacib məqam Çinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsidir.
Onun sözlərinə görə, Vanq Yi çox aydın və dəfələrlə Çinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə mövqeyinin dəyişməz olduğunu bildirib.
XİN rəhbərinin sözlərinə görə, ikinci mühüm diplomatik məqam Ukraynada davamlı, ədalətli sülhün bərqərar olması ilə bağlı mövqedir.