Çin bu il müdafiə büdcəsini 7,2% artıraraq 1,553 trilyon yuana (təxminən 224,85 milyard dollar) çatdırmaq niyyətindədir.
AzerTimes xəbər verir ki, bu barədə Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının 1-ci sessiyasının açılışında dərc edilmiş büdcə layihəsində bildirilib.
“Milli müdafiə xərcləri – 7,2 % artımla 1,553 trilyon yuan təşkil edib”, – sənəddə vurğulanıb.