Çin Monqolustandan kömür oğurlayanları edam etdi

Çin Monqolustandan kömür oğurlayanları edam etdi

Çin tərəfi Monqolustandan kömür oğurluğunda iştirak edən məmurları edam edib.

AzerTimes xəbər verir ki, bu barədə “CentralAsia” portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Monqolustandan ixrac edilən kömürün miqdarı Çin tərəfinin aldığı kömürdən fərqlidir:

“Çin tərəfi kömürün oğurlanmasında iştirak edən məmurları edam edib və bu işdə əli olan Monqolustan siyasətçilərinin adlarını baş nazir Luvsannamsrein Oyuun-Erdeneyə göndərib”.

Qeyd edək ki, ötən gün Monqolustanın paytaxtı Ulan-Batorda Hökumət Sarayının qarşısında 1,8 milyard dollar (bəzi mənbələrdə 11 və 12,9 milyard dollar – red.) dəyərində kömür oğurluğu xəbərləri fonunda etiraz aksiyası keçirilir. Etirazçılar korrupsiyasının üzə çıxarılmasını və oğruların adlarının çəkilməsini tələb edirlər.

Teqlər: