Çin Xalq Respublikasının Sədri Si Cinpindən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Çin Xalq
Respublikası hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və
Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən
xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə
inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad
dərinləşir, “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlıq
fəal inkişaf edir və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət
getdikcə möhkəmlənir. Mən Çin-Azərbaycan münasibətlərinin
inkişafına xüsusi əhəmiyyət verirəm. Diplomatik münasibətlərin
qurulmasının 30 illiyi ilə əlaqədar ikitərəfli dostluq və
əməkdaşlıq əlaqələrinin ölkələrimizin və xalqlarımızın rifahı
naminə yeni səviyyədə daha da inkişaf etdirilməsi üçün Sizinlə
birgə səylər göstərməyə hazıram.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost
Azərbaycana güc və qüdrət, onun xalqına isə xoşbəxtlik və
firavanlıq arzulayıram”.