ABŞ və Çin arasındakı anlaşılmazlıqların azalacağına və yenidən sağlam münasibətlərə qayıdacağına ümid edirik.
AzerTimes xəbər verir ki, bu sözləri Çin Prezidenti Si Szinpin ABŞ-ın vitse-prezidenti Kamala Harrislə görüşü zamanı deyib.
“ABŞ Prezidenti Co Bayden ilə Balidə görüşümüz strateji və konstruktiv xarakter daşıyıb. Bu, Çin-ABŞ münasibətlərinin növbəti mərhələsi üçün mühüm istiqamətləndirici amildir”, – Szinpin bildirib.
Qeyd edək ki, ABŞ və Çin liderlərinin görüşü G20 sammiti çərçivəsində noyabrın 14-də baş tutub.