Xəbər - Orxan Nəbiyev – Trend:
Çində koronavirusa qarşı matritsa ribonukleyin turşusu (mRNT) vaksininin kliniki sınaqlarının birinci mərhələsi uğurla başa çatıb.
Trend-in məlumatına görə, vaksin “Abogen Biosciences” və “Walvax Biotechnology” şirkətləri tərəfindən Çin Hərbi Elmlər Akademiyası ilə birgə hazırlanıb.
Qeyd olunur ki, bu vaksin “Pfizer/BioNTech” şirkətlərinin vaksini ilə eyni texnologiya əsasında hazırlanıb.
Vaksinin sınaqları ötən il oktyabrın 30-dan dekabrın 2-dək Hançjou şəhərində 120 könüllünün iştirakı ilə keçirilib.
Sınaqlar və sınaqdan sonrakı müşahidələr dövründə hər hansı bir əks-təsir müşahidə olunmayıb.
Preparatın kütləvi istehsalının yaxın aylardan başlanması planlaşdırılır. İlkin mərhələdə ildə 120 milyon doza vaksinin istehsalı nəzərdə tutulub.