Rusiya Xarici İşlər Nazirliyi Çinin Odessadakı Baş Konsulluğuna dəyən ziyanla bağlı Pekinin Moskvadakı səfirliyinə bütün lazımi izahatları verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Moskva və Pekin arasında bütün müvafiq məsələlər üzrə sıx əməkdaşlıq davam edir”, – məlumatda deyilir.
Qeyd edək ki, ötən gün Rusiyanın Odessanı atəşə tutması nəticəsində Çinin Baş Konsulluğunun binasına ziyan dəyib.