Xəbər - Orxan Nəbiyev – Trend:
Çin iyul ayının sonunadək ölkə əhalisinin 40 faizini koronavirusa qarşı peyvəndləməyi planlaşdırır.
AzerTimes-ın məlumatına görə, hazırda Çində peyvəndləmənin ortalama səviyyəsi hər 100 nəfərə 3,56 nəfər təşkil edir ki, bu da İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-la müqayisədə dəfələrlə azdır.
Hazırda Çində 4 fərqli koronavirus vaksini təsdiq olunub. Fevralın sonunadək ölkədə 50 milyon doza vaksin istehsal olunub.
Qeyd edək ki, dünyada əhalinin peyvəndlənməsi səviyyəsinə görə, İsrail liderlik edir. Bu ölkədə bu günədək əhalinin 38 faizə yaxını peyvəndlənib. BƏƏ-də bu rəqəm 22,4 faiz, ABŞ-da 7,55 faiz təşkil edir.