Çin Xarici İşlər Nazirliyi müsəlmanlara qarşı hər cür hərəkətə və dini inancları hədəf alan fəaliyyətə qarşıdır.
AzerTimes xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı sualı cavablandırarkən deyib.
“Heç kəsin ifadə azadlığından münaqişənin başlanması və ya bir sivilizasiyanı digər sivilizasiyaya qarşı qızışdırmaq üçün bəhanə kimi istifadə etməsinə icazə verilməməlidir”, – deyə o bildirib.