Çin İranın nüvə problemini danışıqlar yolu ilə həll etmək səylərini dəstəklədiyini bildirib

Çin İranın nüvə probleminin danışıqlar yolu ilə həllini davam etdirməyə dair prinsipial mövqeyini dəstəkləyir.

Trend xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsi və İranın nüvə danışıqları üzrə Çin təmsilçisi Vanq Qun bildirib.

O, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya tərəfindən təklif olunan paketi və ABŞ-ın İranın mülki nüvə proqramına dair bu yaxınlarda sanksiyalardan imtina etməsini yekun razılaşmaya doğru “müsbət addım” kimi qiymətləndirib.

O, həmçinin İranın “bütün tərəflərin müzakirəsi üçün təklif olunan paketlə bağlı öz yazılı rəylərini rəsmi şəkildə təqdim edəcəyinə” ümid etdiyini bildirib.

Çin nümayəndəsi davam edən Vyana danışıqlarını İranın nüvə probleminin yekun həlli istiqamətində “pozitiv irəliləyiş” adlandırıb.

Teqlər: