Çin iqtisadiyyatı sürətlə zəifləyir: ABŞ lider qalacaq

Çin iqtisadiyyatı sürətlə zəifləyir: ABŞ lider qalacaq

Çin iqtisadiyyatı gözlənildiyindən daha sürətlə zəifləyir. Ölkənin əvvəllər proqnozlaşdırıldığı kimi ÜDM baxımından ABŞ-ı davamlı şəkildə üstələməsi ehtimalı azdır.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Qeyd olunur ki, əgər pandemiyadan əvvəl analitiklər Çinin 2020-ci illərin əvvəllərində ÜDM-ə görə dünyada birinci yeri tutacağını gözləyirdilərsə, indi bu ssenari 2040-cı illərin ortalarına qədər ehtimal edilir:

“Çinin iqtisadi liderliyi kiçik olacaq və uzun sürməyəcək, bundan sonra Amerika iqtisadiyyatı yenidən Çin iqtisadiyyatını keçəcək. Səbəblər Çində daşınmaz əmlak bazarında tənəzzül və hakimiyyətin iqtisadi siyasətinə inamın azalmasıdır. Bu amillər artımı dayandıracaq. 2030-cu ilə qədər Çinin ÜDM artımı 3,5%-ə, 2050-ci ilə qədər 1%-ə qədər azalacaq. Keçən il Çin iqtisadiyyatı qapanmalar və daşınmaz əmlak bazarında böhran fonunda 3% böyüyüb. Bu il iqtisadiyyat ixracın və istehlak xərclərinin azalması səbəbindən artım sürətini itirir. ABŞ-da isə əksinə, güclü əmək bazarı və inflyasiyanın zəifləməsi fonunda ölkənin tənəzzüldən qaçacağına inam artır”.

Teqlər: