Çin ilin sonuna qədər digər ölkələrə koronavirusa qarşı 2 milyard doza peyvənd göndərməyi planlaşdırır.
AzerTimes-ın məlumatına görə, bunu BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib.
S.Cinpin bildirib: “Çin bu ilin sonuna qədər dünyaya ümumilikdə 2 milyard doza COVID-19 peyvəndi vermək üçün bütün səyləri göstərəcək”.
O qeyd edib ki, Çin bu il inkişafda olan ölkələrə 100 milyon doza peyvənd ayıracaq.