Çin idxalçıları Rusiya neftinin tədarükünü dayandırıb

Çində neft idxalçıları Ukrayna böhranının neft tədarükünə mümkün
təsiri ilə əlaqədar Rusiyadan dəniz yolu ilə neft idxalını
dayandırmaq qərarına gəlib.

Trend-in
məlumatına görə, bunu “Bloomberg” agentliyi yazır.

Qeyd olunur ki, Uzaq Şərq limanlarında yüklənən xam neftin
alıcıları ödənişlərlə bağlı məsələnin aydınlaşmasına qədər idxalı
dayandıracağını bildirib.


“Eyni zamanda, mövcud vəziyyətlə əlaqədar Qara dənizdən neft
daşımalarının dəyəri üç dəfə artıb. Belə ki, yük daşıyıcıları
təhlükəsizlik məsələləri ilə əlaqədar həmin bölgədən imtina etməyə
başlayıb. Çin Rusiya neftinin ən böyük alıcısıdır. Ölkənin neft
emalı sektorunun nümayəndələri vəziyyətin yaxın günlərdə
aydınlaşacağına ümid etdiyini bildirir”, – deyə agentliyin
məlumatında qeyd olunur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: