Çin hərbi büdcəsini artırır

Çin hərbi büdcəsinin keçənilki göstəriciyə nisbətən 7,1 faiz
artıracaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə
ölkənin baş naziri Li Keçyan bildirib.

Bu gün açıqlanan rəqəmlərə əsasən, Çinin müdafiə büdcəsi
təxminən 229,47 milyard dollar təşkil edəcək.


Baş nazirin sözlərinə görə, hökumət milli müdafiə və ordu
islahatlarını davam etdirərək, müdafiə texnologiyalarında
yenilikləri təşviq edəcək.