Tayvan ordusu adanın cənubunda hərbi təlimlərə başlayır.
AzerTimes xəbər verir ki, adanın rəsmi agentliyi təlimlərin 9-11 avqustda baş tutacağını yazıb.
Bildirilir ki, məqsəd ordunun döyüş qabiliyyətini yoxlamaqdır.
Təlim çərçivəsində 155 mm-lik habitsa və 120 mm-lik minaatanlardan atışlar da həyata keçiriləcək.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq Çin ordusu Tayvan yaxınlığında 4-7 avqust tarixində genişmiqyaslı təlimlər keçirmişdi. 7 avqustda isə təlimin ən azı bir gün uzadıldığı elan edildi.