Çin bayrağı altında üzən yük gəmisi Saxalin sahillərində Tatar boğazında batıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyi məlumat yayıb.
Məlumata görə, “Yong Xing 56” quru yük gəmisi martın 1-i Tatar boğazı sularında Vanino dəniz limanından 42 mil cənub-cənub-qərb istiqamətində batıb.
Gəmidəki 21 ekipaj üzvü xilas edilib. Onların hamısının Çin vətəndaşı olduğu bildirilib.