Çin ən böyük problemdir, Rusiyaya bunları verir – Kiyev

Çin ən böyük problemdir, Rusiyaya bunları verir – Kiyev

Rusiyanın Ukrayna ərazisində istifadə etdiyi silahların xarici ölkələrdən alınan hissələrinin təxminən 60 faizi Çinə məxsusdur.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidentinin müşaviri Vladislav Vlasiuk deyib.

“Ukraynada döyüş meydanındakı bütün adi silah növlərini götürsəniz və xarici istehsalı olan komponentləri nəzərdən keçirsəniz, təxminən 60 faizinin Çindən gətirilə biləcəyini görəcəksiniz. Bununla bağlı bəzi istehsalçılarla da uzun müzakirələr aparmışıq. Çin ən böyük problemdir”, – o əlavə edib.

Teqlər: