Çin elan etdi: Rusiya ilə yaxınlaşır

Çin elan etdi: Rusiya ilə yaxınlaşır

Çin hakimiyyəti Tayvan boğazında artan gərginlik fonunda Rusiya ilə strateji əməkdaşlığı gücləndirməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirib.

“Rusiya hər zaman Vahid Çin prinsipinə sadiq qalıb, ölkəmizin suverenliyinə dair hər cür təcavüzə qarşı çıxıb. Çin Rusiya ilə strateji əməkdaşlığı gücləndirməyə hazırdır. Biz birlikdə BMT-nin əsas rol oynadığı beynəlxalq sistemi, habelə ümumi qəbul edilmiş beynəlxalq hüquq normalarına əsaslanan nizamı daha effektiv müdafiə edə bilərik”, – o vurğulayıb.

Teqlər: