Çin saniyədə 1,2 Terabit məlumat ötürmə sürətini təmin edən yeni fiber-optik internet kabelini istifadəyə verib.
AzerTimes xəbər verir ki, bu, bir saniyədə 150 HD filmin ötürülməsinə bərabərdir.
Uzunluğu üç min km-dən çox olan kabel Çinin üç böyük şəhərlərini birləşdirir: Pekin, Uhan və Quançjou.
Layihəni Çinin aparıcı təşkilatları, o cümlədən Tsinhua Universiteti, “China Mobile”, “Huawei Technologies” və “Cernet Corporation” icra edib.
Qeyd olunur ki, Çin kabeli amerikalı rəqiblərindən on dəfəyə qədər sürətlidir.