Çin Myanmar ilə sərhəddə hərbi təlimlər keçirir.
AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” nəşri məlumat yayıb.
Məlumata görə, təlimin məqsədi ordunun hazırlığını, sərhədləri qorumaq qabiliyyətini və hücum əməliyyatları aparmaq bacarığını yoxlamaqdır.
Təlimlərin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gün Muza şəhəri yaxınlığında üsyançılar Çindən Myanmara məhsul aparan yük maşınlarından ibarət karvana hücum edib.