Çin bizə məhəl qoymur, telefonlara cavab vermir – ABŞ

Çin bizə məhəl qoymur, telefonlara cavab vermir – ABŞ

Çin ABŞ-ın hərbi təmaslarla bağlı tələblərinə məhəl qoymur.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ müdafiə nazirinin müavini Kolin Kal deyib.

“Reallıq ondan ibarətdir ki, biz onlara zəng edəndə Çin telefonu açmır. Bizim Çinlə əlaqə saxlamaq cəhdlərimizə böyük ölçüdə məhəl qoyulmayıb”, – Kal söyləyib.

Onun sözlərinə görə, Pekində Vaşinqtonla ünsiyyət qurmaq üçün siyasi iradə yoxdur.

Kal həmçinin, Vaşinqtonun qabaqlayıcı addımlar atmayacağı təqdirdə Çinin dünya səhnəsində öz təsirini ABŞ və tərəfdaşlarının zərərinə genişləndirməyə cəhd edəcəyi ilə bağlı fikir bildirib.

Teqlər: