Çin beynəlxalq nizamı alt-üst etməyə çalışır – Ağar

Çin beynəlxalq nizamı alt-üst etməyə çalışır – Ağar

Çinin ambisiyası və məcburedici siyasəti bizim maraqlarımıza, təhlükəsizliyimizə və dəyərlərimizə meydan oxuyur.

AzerTimes xəbər verir ki, bunu türkiyəli ekspert Abdullah Ağar deyib.

“Çin öz gücünü artırmaq üçün genişspektrli siyasi, iqtisadi və hərbi vasitələrdən istifadə edir və strategiyası qeyri-müəyyən olaraq qalır. Çinin zərərli hibrid və kiber əməliyyatları, qarşıdurma ritorikası müttəfiqləri hədəf alır və alyansın təhlükəsizliyinə zərər verir. Çin əsas texnoloji və sənaye sektorlarına, kritik infrastruktura və təchizat zəncirlərinə nəzarət etməyə çalışır”, – Ağar bildirib.

O qeyd edib ki, Çin Xalq Respublikası öz iqtisadi gücündən strateji asılılıqlar yaratmaq və təsirini artırmaq üçün istifadə edir:

“Çin kosmos, kiber və dəniz sahələri də daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizamı alt-üst etməyə çalışır. Çin və Rusiya arasında dərinləşən strateji tərəfdaşlıq və qaydalara əsaslanan beynəlxalq nizamı pozmaq üçün qarşılıqlı birgə cəhdlər dəyərlərimizə və maraqlarımıza ziddir.

Qısası, “müharibə olacaq” deyirlər, Çin isə heç də buna qarşı deyil”.

Teqlər: