Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi

Çin ABŞ şirkətlərinə sanksiya tətbiq etdi

Çin Tayvan adasının administrasiyasına silah tədarükünə görə ABŞ-ın bir sıra hərbi-sənaye şirkətlərinə və onların rəhbərlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

AzerTimes xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında yayımlanan məlumatda deyilir.

Bildirilib ki, Ağ Ev bu yaxınlarda Çinin Tayvan bölgəsinə silah satışını yenidən elan edib ki, bu da Vahid Çin Prinsipini və Çin-ABŞ Birgə kommunikesini ciddi şəkildə pozur. Bu da Çinin daxili işlərinə ciddi müdaxilədir və ölkənin suverenliyi və ərazi bütövlüyünə böyük ziyan vurur.

Belə ki, məhdudiyyət tətbiq edilənlər arasında “Anduril Corporation”, “Maritime Tactical Systems Corporation”, “Pacific Rim Defense Corporation”, “AEVEX Aerospace Corporation”, “LKD Aerospace Corporation” və “Summit Technology Corporation” kimi şirkətlər yer almaqdadır.

Teqlər: