Çin ABŞ peyklərini qaçırmaq üçün kibersilahlar hazırlayır

Çin ABŞ peyklərini qaçırmaq üçün kibersilahlar hazırlayır

Çin Tayvan üzərində potensial müharibə şəraitində düşmən peyklərinə “nəzarəti ələ keçirmək” üçün mürəkkəb kiber silahlar qurur.

AzerTimes xəbər verir ki, bu barədə “Finənşl Tayms” məlumat yayıb.

“ABŞ hərbi rəsmiləri Çinin hərbi kosmik texnologiyasının, o cümlədən peyk rabitəsinin inkişafında əhəmiyyətli irəliləyiş əldə etdiyi barədə xəbərdarlıq edib”, – məlumatda qeyd edilib.

Nəşr qeyd edib ki, Tayvan da Ukrayna ordusu üçün peyk rabitəsinin vacibliyinə diqqət çəkib və hazırda Çinin hücumuna tab gətirə biləcək rabitə infrastrukturunu qurmağa çalışır.

Teqlər: