Çin: ABŞ köhnə hiylə işlətdi

Çin: ABŞ köhnə hiylə işlətdi

ABŞ hökuməti Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini böhran yaratmaq və regionda hərbi mövcudluğunu artırmaq üçün planlaşdırıb.

AzerTimes xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi deyib.

“Birləşmiş Ştatların Pelosinin gözlənilməz səfərini planlaşdırarkən yenidən köhnə hiylə işlətdiyinə və indi bölgədə hərbi mövcudluq yaratmaq fürsətindən istifadə etdiyinə dair əlamətlər var. Bu da bütün tərəflərin sayıq olmasını və sərt cavab verməsini tələb edir”, – deyə o bildirib.

Teqlər: