Çin Tayvana silah satışına görə ABŞ-ın müdafiə şirkətlərinə sanksiya tətbiq edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü məlumat yayıb.
“ÇXR-in suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün Çin hökuməti bu silahların ötürülməsində iştirak edənlərə, “Raytheon Technologies” şirkətinin baş direktoruna və “Boeing Defence” şirkətinin prezidentinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib”, – o bildirib.