Çin ABŞ-ın iki şirkətinə sanksiya tətbiq etdi

Çin ABŞ-ın iki şirkətinə sanksiya tətbiq etdi

Çin hökuməti Tayvana silah satdığına görə ABŞ-ın “General Atomics Aeronautical Systems” və “General Dynamics Land Systems” şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Rəsmi Pekin hesab edir ki, ABŞ-ın sözügedən şirkətləri “Vahid Çin” prinsipini, Çin-ABŞ birgə bəyannamələrini pozaraq, Çinin daxili işlərinə müdaxilə edib, Çinin suverenliyini və ərazi bütövlüyünü pozub. Həmin şirkətlərin Çindəki daşınar və daşınmaz əmlakları, digər vəsaitləri dondurulacaq, rəhbər şəxslərinin Çinə girişinə icazə verilməyəcək.

Teqlər: