Çin ABŞ Baş Konsulluğunu bağlamağı nəzərdən keçirir

Çin ABŞ Baş Konsulluğunu bağlamağı nəzərdən keçirir

Çin hakimiyyəti Sıçuan əyalətinin cənub-qərbində yerləşən Çendu şəhərindəki ABŞ-ın Baş Konsulluğunu bağlamağı nəzərdən keçirir.

Bu, ABŞ-ın Çinin Hyustondakı Baş Konsulluğunun bağlamasına rəsmi Pekinin cavabı kimi qiymətlədirilir.

Qeyd edək ki, Çinin Quançjou, Şanxay, Şenyan, Çendu və Uxan şəhərlərində ABŞ-ın konsulluqları fəaliyyət göstərir.

Çenduda Baş Konsulluq 1985-ci ildə açılıb. Bu, strateji ərazi sayılır. Şəhər Sıçuan, Yunnan, Quyçjo əyalətlərini, Tibet Muxtar rayonunu, eləcə də mərkəzi hakimiyyətə tabe Çunsin şəhərini əhatə edir.