Vaşinqton kursu dəyişməsə, Pekin ABŞ administrasiyasının məhdudiyyətlərinə eyni şəkildə cavab verəcək
AzerTimes xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfirliyinin sözçüsü deyib.
“ABŞ Dövlət Departamentinin tətbiq etdiyi məhdudiyyətlər beynəlxalq hüququ və münasibətləri tənzimləyən əsas normaları ciddi şəkildə pozur. Çin bunu qəti şəkildə pisləyir. Sincan, Tibet və Honq Konq məsələləri Çinin daxili işidir və heç bir xarici ölkənin onlara müdaxilə etməyə haqqı yoxdur. Pekin ABŞ-ı Çinə qarşı böhtan atmağı dayandırmağa və Çin rəsmilərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyaları ləğv etməyə çağırır”, – o bildirib.