Çin 600 min nəfərdən ibarət nəhəng bir casus ordusu yaradıb.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnalı” yazıb.
Nəşrin iddiasına görə, Çinin əməliyyatları kiberhücumlardan tutmuş elm və sənaye casusluğuna qədər uzanır:
“Siyasətçilərə rüşvət vermədən bunu etmək olmaz. Faktdır ki, Qərb kəşfiyyat orqanlarının Çin şəbəkəsi ilə üzləşmək üçün resursları yoxdur.
Qərb kəşfiyyatına görə, Çin indi nəhəng bir casus ordusu yaradıb və mərkəzləşdirilməmiş əməliyyatlar apardığı üçün onlara qarşı mübarizə çətinləşib. Bu cür əməliyyatlar bir çox şöbələr və özəl şirkətlər tərəfindən həyata keçirilir. İstifadə etdikləri üsullar təsadüfi görünür, çünki onlar əsasən avtonom şəkildə işləyirlər”.
Eyni zamanda, FTB-nin məlumatına görə, Çin tərəfindən dəstəklənən hakerlərin sayı ABŞ departamentinin kiber personalının sayından ən azı 50 dəfə çoxdur.
“Çinin haker proqramı bütün digər böyük dövlətlərin birgə proqramından daha böyükdür”, – bunu FTB direktoru Kristofer Orey cari ilin əvvəlində deyib.