Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağı gözlənilir.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Uzunmüddətli perspektivdə biz öz yanaşmamızı (silahlara nəzarət) daha təhlükəli və rəqabətli dünyaya yenidən baxmalı və uyğunlaşdırmalıyıq. Bu isə 2035-ci ilə qədər 1500 döyüş başlığına sahib olacağı gözlənilən Çinlə əlaqəni nəzərdə tutur”, – Stoltenberq bildirib.