İyulun 25-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyə edilir.