Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ötən il olduğu kimi bu il də “cimerlik.az” portalı fəaliyyət göstərəcək.
AzerTimes-ın məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Elmin İmanov bildirib. O qeyd edib ki, sayt icazə məqsədli deyil, məlumat xarakteri daşıyır:
“İnsanlar bu portala daxil olub üz tutacağı hər hansı çimərlikdə sıxlıq barədə məlumat ala biləcək”.
Xatırladaq ki, bu gündən etibarən ölkədə olan ictimai çimərliklər yay mövsümü üçün hazır vəziyyətə gətirilib.