Qazaxıstanda bilet satışı həyata keçirən turizm agentliklərindən birinin reklamı ölkədə əməlli başlı rezonansa səbəb olub.
Qazaxıstanda çəkilən reklamda çılpaq qızlar yer alıb. Bu qızlar isə hava yollarının stüardessalarını təmsil edirlər.
Reklam “Chokotravel”in Qazaxıstan xidməti üçün lentə alınıb.
Video çarxı Almaatı sakini Nurken Rzaliyev öz profilində paylaşıb. İlk baxışdan qızların çılpaq olduqlarını anlamaq mümkün deyil. Ancaq bir necə saniyə sonra görüntü dəyişir və onlar ancaq intim yerlərini stüardessalar üçün nəzərdə tutulan rəngli papalarla örtür – “Chocotravel” sizdən gərəksiz heç nə tələb etməz”, deyirlər.
Qadın haqlarının müdafiəçiləri reklamın zərif cinsin nümayəndələri üçün təhqir olduğunu bildiriblər.