Rusiyalı məşhurların iştirakı ilə keçirilən “Çılpaq gecə” mərasimi ABŞ və NATO-nun mental təcavüz aktıdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski deyib.
Onun sözlərinə görə, mərasimin məqsədi Rusiya cəmiyyəti və gəncliyini parçalamaq idi:
“Bu, heç də təsadüfi deyil, elitaların deqradasiyası ilə dövlətin və rus dünyasının məhv edilməsi texnologiyasının elementidir”.
Qeyd edək ki, ötən ilin dekabrın 20-də bloger Nastya İvleyevanın təşkilatçılığı ilə keçirilən “Çılpaq gecə” mərasimi Rusiya ictimaiyyətində birmənalı qarşılanmamışdı. Gecədə iştirak edən Filipp Kirkorov, Lolita, Kseniya Sobçak kimi məşhurlar ciddi tənqidlərə məruz qalmışdı.