Çili İctimai Sağlamlıq İnstitutu (İSİ) 3 yaşından uşaqları peyvənd etmək üçün Çin istehsalçısı “Sinovac” tərəfindən hazırlanan “CoronaVac” peyvəndinin istifadəsinə icazə verib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər verib.
Nazirlik bildirib: “Bu cümə axşamı İSİ 3 yaşından uşaqları peyvənd etmək üçün “CoronaVac” dərmanın istifadəsinə icazə verdi ki, bu da peyvənd kampaniyasını təxminən 600.000 azyaşlıya qədər genişləndirəcək”.
İnstitutdan qeyd olunub ki, qərar Sinovac-ın apardığı araşdırmanın nəticələrinə əsasən qəbul edilib.